“AnewZ” televiziya kanalı I Qarabağ müharibəsini obyektivi ilə araşdıran beynəlxalq fotojurnalist Rza Deqati ilə işğaldan azad olunan ərazilərə səfər edib və sənədli film hazırlayıb.
Gununesi.info xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev filmi X sosial şəbəkə hesabında paylaşıb.
Filmdə münaqişədən onilliklər sonra dağıdılmış binalar, zərər görmüş mədəni irs və keçmişin solmaqda olan izləri, darmadağın olmuş həyatlar və unudulmamalı tarixlərə yer verilib.
“Yenidənqurma işləri bölgəyə yeni başlanğıclar gətirsə də, itkin düşənlərin taleyi onların ailələri üçün açıq bir yara olaraq qalır”, – ekran əsərində bildirilib.
Qeyd olunub ki, bu sənədli filmdə sual yaranır:
“Müharibə həqiqətən nə vaxt bitir və ailələr hələ də cavab axtardığı halda, onun hekayəsi nə vaxtsa tamamlana bilərmi?
Çünki bəzi hekayələr keçmişdə qala bilməz. Onlar yaddaş, həqiqət axtarışı və davamlı sülh ümidi ilə yaşadılır”.
Through the lens of international photojournalist Reza Deghati, this journey explores the lasting scars of war across Garabagh— from Shusha, Aghdam and Khojaly to the stories of families who continue to search for answers in Brussels.
Decades after the conflict, destroyed… pic.twitter.com/vSMOgBVJ3E
— AnewZ (@Anewz_tv) October 29, 2026





