Dünya · Günün Səsi

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi istədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi istədi xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Rusiyanın Starlink-ə analoq olaraq hazırladığı "Rassvet" peyk sisteminə qarşı sanksiyalar tətbiq etməsini istəyib. Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə "Financial Times"a müsahibəsində danışıb. Onun sözlərinə görə, Rusiya Çinin dəstəyi ilə "Rassvet" adlı peyk rabitə sistemi üzərində işləyir. Sistem bu ilin sonuna və ya gələn ilin əvvəlində

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Rusiyanın Starlink-ə analoq olaraq hazırladığı “Rassvet” peyk sisteminə qarşı sanksiyalar tətbiq etməsini istəyib.

Gununsesi.info  xəbər verir ki, Zelenski bu barədə “Financial Times”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, Rusiya Çinin dəstəyi ilə “Rassvet” adlı peyk rabitə sistemi üzərində işləyir. Sistem bu ilin sonuna və ya gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər.

Zelenski bildirib ki, yeni sistem Rusiya hərbçilərinə pilotsuz uçuş aparatlarının idarə edilməsini və zərbələrin dəqiqliyini yaxşılaşdırmağa imkan verəcək.

Ukrayna lideri bu səbəbdən Vaşinqtondan “Rassvet” sisteminin yaradılmasında iştirak edən Rusiya və Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyət qoyulmasını istəyib.

Gununsesi.info

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑