Kriminal · Günün Səsi

Nərimanovda silsilə oğurluqlar törədən şəxslər saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nərimanovda silsilə oğurluqlar törədən şəxslər saxlanıldı xəbəri üçün şəkil

Paytaxtın Nərimanov rayonunda oğurluq hadisələri baş verib. Gununsesi.info xəbər verir ki, rayonun müxtəlif ərazilərində marketlərdən, eyni zamanda bir nəfərin velosipedini, digər şəxsin isə 2 ədəd mobil telefonunun talanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov müəyyən edilərək

Paytaxtın Nərimanov rayonunda oğurluq hadisələri baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun müxtəlif ərazilərində marketlərdən, eyni zamanda bir nəfərin velosipedini, digər şəxsin isə 2 ədəd mobil telefonunun talanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, zərərçəkənlərə 5000 manatdan çox ziyan dəyib. Faktlarla bağlı Cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

 

Gununsesi.info

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑