Dünya · Globalinfo.az

Zelenskinin sülh planını alt-üst edən maneə – Ən kritik detal bilindi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskinin sülh planını alt-üst edən maneə – Ən kritik detal bilindi xəbəri üçün şəkil

“Ukrayna cəbhə xəttinin dondurulmasını yaxud Qərbin təhlükəsizlik zəmanətləri və NATO-ya üzvlük müqabilində Donbasın qalan ərazilərinin Rusiyaya verilməsini nəzərdə tutan ssenarini həyata keçirə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko “24 Kanal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ərazilərin Rusiyaya verilməsi üçün hüquqi mexanizm mövcud deyil:

“Hazırda Donbasın Rusiyaya verilməsi üçün mexanizm mövcud deyil. Çünki müharibə zamanı Konstitusiyanı dəyişmək və ya referendum keçirmək olmaz. Ukraynada heç kimin, o cümlədən Volodimir Zelenskinin belə bir qərar verməsi üçün hüquqi əsas yoxdur”.

O, həmçinin qeyd edib ki, referendumun təşkili uzun müddət tələb edir və hazırkı şəraitdə, atəşə tutulmalar davam etdiyi üçün bunu həyata keçirmək mümkün deyil.

Bundan əlavə, Oqrızko vurğulayıb ki, Vaşinqton Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinədir.

Buna görə də Kiyev bu vədə inana bilməz.

Qeyd edək ki, oktyabrın 21-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin ölkənin keçmiş ərazisinin 75 faizinin saxlanılması şərti ilə münaqişənin cəbhə xətti boyunca dondurulmasına razı ola biləcəyini bildirib. O, həmçinin Rusiya ilə sülh sazişi üzrə referendum keçirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra Zelenski “The Diary Of A CEO” podkastında bildirib ki, Donbasın qalan ərazilərinin Rusiyaya verilməsi Ukraynanın çoxlu sayda şəhər üzərində nəzarəti itirməsinə səbəb ola bilər.

Rusiya Prezidenti Vladimir Putin isə oktyabrın 22-də Zelenskinin bu sözlərini “yersiz” adlandırıb və Donbas ərazilərinin tarixən Rusiyaya məxsus olduğunu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑