Dünya · Globalinfo.az

Türkiyə ordusu 80 ədəd ANKA-3 PUA-sı sifariş edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə ordusu 80 ədəd ANKA-3 PUA-sı sifariş edib xəbəri üçün şəkil

Türkiyə Silahlı Qüvvələrinin arsenalını genişləndirmək məqsədilə əlavə 80 ədəd ANKA-3 pilotsuz uçuş aparatı (PUA) sifariş verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata əsasən, ANKA-3 qanadlı raketlər daşımaq və “hava-hava” döyüşlərində iştirak etmək qabiliyyətinə malik stels tipli pilotsuz uçuş aparatlarının hazırlanması layihəsində mühüm rol oynayacaq.

TUSAŞ rəsmilərinin bildirdiyinə görə, daha böyük gövdəyə və yüksək faydalı yük tutumuna sahib ANKA-3-lər noyabrda istifadəyə verilməsi planlaşdırılan yeni montaj xəttində istehsal ediləcək.

İlkin istehsal partiyasında 1,3 ton olan faydalı yük tutumunun yeni partiyada 1,75 tona çatdırılması gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑