Ermənistanın Gümrü şəhərində yük maşınının vurduğu qadın xəstəxanada həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, hadisə saat 17:50 radələrində baş verib.
İlkin ehtimala əsasən, “Mercedes” markalı yük maşınının sükanı arxasında Türkiyə vətəndaşı olub.
Faktla bağlı istintaq şöbəsində cinayət işi açılıb.
Hazırda qəza nəticəsində ölən qadının və sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.





