Rusiyanın Almatı şəhərindəki Baş konsulluğu rusiyalı reper, əslən azərbaycanlı olan Navai Bəkirovun Qazaxıstanın cənubunda həbs edilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.
Globalinfo.azxəbər verir ki, bu barədə TASS-a Rusiyanın diplomatik nümayəndəliyindən məlumat verilib.
Konsulluğun mətbuat xidmətinin əməkdaşı bildirib ki, Rusiya tərəfi öz vətəndaşı ilə bağlı vəziyyətə dair rəsmi açıqlama verilməsi xahişi ilə Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinə nota ünvanlayıb.
Baş konsulluq hadisələrin inkişafını izlədiyini də əlavə edib.
Rusiya Prezidenti Vladimir Putin gələn ay Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Çin xarici işlər naziri Vanq Yi ilə görüşündə bildirib: "Cənab Si Cinpinlə daha bir söhbəti səbirsizliklə gözləyirik".
Rusiyalı nazirin sözlərinə görə, iki ölkə liderləri müntəzəm əlaqə saxlayır və ikitərəfli tərəfdaşlığın və stra
Prezident Vladimir Putin “Delovaya Rossiya”nın nümayəndələri ilə görüşündə Ukrayna Silahlı Qüvvələrinin Rusiya neft emalı zavodlarına (NEZ) təşkil etdiyi son hücumlara münasibət bildirib. O, hücumların əhəmiyyətli ziyan vurmadığını, lakin Kiyevin bu addımı atmazdan əvvəl nəticələrini düşünməli olduğunu deyib. Globalinfo.az xəbər verir ki, Rusiya lideri elektron ticarət platformalarına və energetika sektoruna qarşı edilən hücumlara cavab olaraq addımlar...
İsrailin Baş naziri Benyamin Netanyahu İranı ölkəsinə qarşı mümkün hücumla bağlı xəbərdar edib.
Modern.az xəbər verir ki, Netanyahu İsrailin müstəqil şəkildə hərəkət etmək imkanına malik olduğunu bildirib.
“Əgər İran bizə hücum edərsə, bu, onun tarixindəki ən böyük səhv olacaq. Biz müstəqil şəkildə hərəkət etməyə qadirik”, – deyə Netanyahu vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp reytinqlərinin aşağı düşməsi fonunda Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın mümkün əvəzlənməsini müzakirə edir. Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb. Lakin Tramp bu barədə yayılan məlumatları təkzib edib. Nəşrin məlumatına görə, Uaylsın administrasiyadakı rəqibləri onun ailəsi və yaxın çevrəsi barədə mənfi yazıları Trampın diqqətinə çatdırırlar. Mənbələrdən...