Qazaxda 35 yaşlı kişini ildırım vurub.
Globalinfo.az APA-a istinadən xəbər verir ki, rayon sakini 1991-ci il təvəllüdlü S. Bağırovu mal-qara otararkən ildırım vurub.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.


