Gündəm · Globalinfo.az

Parisin iki rayonunda oktyabrın 25-dək komendant saatı tətbiq edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Parisin iki rayonunda oktyabrın 25-dək komendant saatı tətbiq edilib xəbəri üçün şəkil

Paris polisi şəhərin iki rayonunda oktyabrın 22-dən 25-dək komendant saatı tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında yaydığı məlumatda bildirilir.

Qərara əsasən, Respublika meydanı və Le-Al məhəlləsində həm yetkinlik yaşına çatmış, həm də azyaşlı şəxslərin hər gün saat 23:00-dan səhər 06:00-dək küçələrdə olması qadağan edilib.

Xatırladaq ki, oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑