Dünya · Globalinfo.az

Orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər xəbəri üçün şəkil

Böyük Britaniyanın müdafiə rəsmilərindən Ues Stritinq ölkənin hərbi təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb.

Bildirib ki, Birləşmiş Krallıq qarşıdakı 1000 gün ərzində hərbi qarşıdurmalara və genişmiqyaslı müharibəyə hazır olmalıdır.

Stritinq qeyd edib ki, ölkənin potensial düşmənləri hərbi imkanlarını son dərəcə sürətlə artırırlar:

“2030-cu ilə qədər silahlı qüvvələrinin ölçüsü və hərbi iqtisadiyyatlarının miqyası onlara hücum əməliyyatlarına başlamağa imkan verə bilər”, – o bildirib.

Müdafiə rəsmisi təhlükənin təkcə ənənəvi hərbi qüvvələrdən, məsələn, Rusiya tanklarından deyil, həm də kiberhücumlar, təxribatlar və dövlət terrorizmindən qaynaqlandığını vurğulayaraq qabaqlayıcı tədbirlərin görülməsinə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Endi Börnemin kabineti vətəndaşları düşmən dövlətlərin yarada biləcəyi fövqəladə hallara hazır olmağa çağıran “Hazır ol” kampaniyasına başlayıb.

Kampaniya çərçivəsində sakinlərə üç günlük ərzaq və su ehtiyatı, ilk yardım dəsti, dərmanlar, fənər və batareyalı FM radio təmin etmələri tövsiyə olunub. Ues Stritinq bu tədbirlərin Rusiya və digər düşmən qüvvələrdən gələn terror təhdidlərinə qarşı zəruri olduğunu izah edib.

Analitiklər isə hesab edirlər ki, Qərb rəsmilərinin bu cür bəyanatları cəmiyyəti “Rusiya təhdidi” ətrafında səfərbər etmək məqsədi daşıyır.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑