ABŞ-ın Tennessi ştatında Krista Paykın ölümcül inyeksiya ilə uğursuz edam cəhdindən sonra yeni iddia irəli sürülüb. Məhbusun vəkilinin bildirdiyinə görə, prosedur zamanı onun damarını tapmaq üçün 10 iynədən istifadə edilib və damarın yırtılmış ola biləcəyi gündəmdədir.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, damar tapmaq cəhdləri təxminən 49 dəqiqə davam edib.
Qeyd edək ki, sentyabrın 30-da Payka iki doza ölümcül dərman verilsə də, onun ürəyi dayanmayıb. Xəstəxanada 10 gün müalicə aldıqdan sonra həbsxanaya qaytarılan məhbus hazırda danışa və yeriyə bilir. Lakin onun səhhətinin uzunmüddətli vəziyyəti məlum deyil.
Payk 1995-ci ildə, 18 yaşında olarkən sinif yoldaşı Kollin Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilib.
Hadisədən sonra Tennessi qubernatoru Bill Li araşdırma aparılmasını tapşırıb. İstintaq müddətində ştatda ilin sonuna qədər planlaşdırılan bütün edamlar dayandırılıb.




