Türkiyənin Daxili İşlər Nazirliyi beynəlxalq axtarışda olan 63 nəfərin səkkiz ölkədən Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb. Onlardan 33-ü qırmızı bülletenlə axtarışda olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Türkiyəyə gətirilən şəxslər arasında “Survivor” yarışması ilə tanınan Hikmet Tuğsuz və “Sıfır Bir” serialının aktyorlarından Cengizhan Yurdutek də var.
Məlumata görə, Hikmet Tuğsuz sentyabrın 25-də Gürcüstanda saxlanılaraq Türkiyəyə gətirilib. Onun barəsində şəxsi məlumatları qanunsuz yolla əldə etmə, qəsdən xəsarət yetirmə, dələduzluq və prezidenti təhqir etmə ittihamları ilə həbs qərarları olub.
Cengizhan Yurdutek isə oktyabrın 10-da Monteneqroda saxlanılıb və Türkiyəyə ekstradisiya edilib. O, qəsdən xəsarət yetirmə, narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlar üzrə axtarışda olub.
Əliyar Xəlil,



