Yəmənin cənubundakı Şəbva əyalətində husilərin təhlükəsizlik üzrə təlim mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 200-dən çox insan yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Şəbva qubernatorluğunun “Facebook” sosial media platformasında yaydığı açıqlamada bildirilib.
***14:30
Husilərin Yəmənin cənubundakı Şəbva əyalətində hərbi düşərgəyə endirdiyi raket zərbəsi nəticəsində 40-a yaxın hərbçi ölüb, yaralılar var.
Globalinfo.az xəbər verir ki, bu barədə Yəmənin “Al-Wajha” nəşri məlumat yayıb.
Bildirilib ki, husilər cənub qüvvələrinin tərkibində olan çevik reaksiya batalyonunun təlim məşğələləri zamanı Əl-Ələm hərbi düşərgəsinə ballistik raketlə zərbə endiriblər.
Qeyd olunur ki, həlak olanların və xəsarət alanların yekun sayını hələ ki rəsmi mənbələr təsdiqləməyib.



