ABŞ-ın Tennessi ştatında sentyabrın 30-da edam hökmü icra olunan məhkum Krista Payk xəstəxanada ayıldıqdan sonra çaşqın vəziyyətdə olub.
Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.
Vəkil bildirib ki, məhkum xəstəxanada özünə gəldikdən sonra qəzəbli və çaşqın vəziyyətdə “Mən haradayam?”, “Siz kimsiniz?” deyib.
Baş verənlər barədə məlumat almağa çalışan Payk edamına səbəb olan cinayətdə öldürdüyü şəxsin ailəsinin vəziyyəti ilə maraqlanıb.
Vəkil Spivey Paykın iki qolunun həddindən artıq şişdiyini, bir qolunda qan laxtası, ağciyərində iltihab olduğunu, udqunmaqda çətinlik çəkdiyini bildirib.
Vəkillər Paykın xəstəxana çarpayısında əl-ayağı bağlı saxlandığını vurğulayaraq, ABŞ-da ölümcül iynəyə məruz qalan heç bir məhbusun sağ qalmadığını qeyd ediblər.
Safura Bənnayeva
Globalinfo.az



