Hindistanın “Air India” aviaşirkətinə məxsus, Frankfurt–Dehli marşrutu üzrə uçuş həyata keçirən təyyarədə qaçırılma təhlükəsini bildirən “Squawk 7500” kodu aktivləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “India Today” nəşri məlumat yayıb.
Bildirilib ki, siqnalın verilməsindən sonra təyyarə Hindistanın Caypur şəhərinə yönləndirilib.
Hadisə ilə bağlı ölkənin aviasiya orqanları araşdırmaya başlayıblar.
Caypur hava limanından daha sonra bildirilib ki, reysin bütün sərnişinləri təhlükəsiz şəkildə təyyarədən endirilib.
Qeyd edək ki, bundan əvvəl sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində də qaçırılma siqnalı aktivləşdirilib. Bundan bir qədər sonra təyyarənin ikinci pilotunun birinci pilota balta ilə hücum etdiyi məlum olub. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşdırma davam etdirilir.
Safura Bənnayeva
Globalinfo.az


