Ölkə · Globalinfo.az

Cəmil Kamilliyə vaxtından əvvəl yüksək rütbə verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cəmil Kamilliyə vaxtından əvvəl yüksək rütbə verildi xəbəri üçün şəkil

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, Cəmil Kamilli növbəti rütbəsini vaxtından əvvəl alıb.

Qeyd edək ki, Cəmil Kamilli 1987-ci ildə Masallı rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində elmi araşdırmalar aparıb və qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb. Daha sonra 2016-2024-cü illərdə müxtəlif xəstəxanalarda fəaliyyət göstərib.

2024-cü ilin iyul ayında isə Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi təyin edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑