Dünya · Globalinfo.az

Avropadakı etirazlardan Ermənistana uzanan ssenari – Pərdəarxası məqamlar üzə çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropadakı etirazlardan Ermənistana uzanan ssenari – Pərdəarxası məqamlar üzə çıxdı xəbəri üçün şəkil

“Hazırda Avropa İttifaqının (Aİ) bir sıra üzv ölkələrində baş verən kütləvi xalq etirazları Rusiya-Ukrayna müharibəsinin və Moskvaya qarşı sanksiyaların birbaşa nəticəsidir”. 

Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai idarəetmə üzrə mütəxəssis Hovhannes Avetisyan deyib.

Onun sözlərinə görə, Aİ ukraynalıları ruslara qarşı mübarizəyə sövq etməklə ucuz resurslara sahib olmaq istəyirdi, lakin bu plan baş tutmadı:

“Nəticədə ABŞ-dan daha çox asılı vəziyyətə düşdülər və bütün ölkələrin iqtisadiyyatı zəifləməyə başladı. Almaniya iqtisadiyyatı gözümüzün qarşısında tənəzzül edir. Tezliklə bütün bu ölkələrdə millətçilər hakimiyyətə gələcək. Onlar Rusiya ilə əlaqələri bərpa edəcəklər, çünki başqa seçimləri yoxdur. Bu prosesdən Rusiya qalib çıxacaq”, – deyə o qeyd edib.

Avetisyan bildirib ki, növbəti mərhələdə bu dalğa Ermənistana da çatacaq:

“Çünki hazırda Ermənistanda hakimiyyətdə olan oyuncaq qüvvələri dəstəkləyən Avropa İttifaqı ölkələri onlardan imtina edəcəklər. Belə ki, Ermənistandan Rusiyaya qarşı istifadə etmək zərurəti müəyyən müddətə aradan qalxacaq. Əgər ermənilər öz ölkələrinin idarəçiliyinə görə məsuliyyəti öz üzərlərinə götürməyə hazır olmasalar, başımıza növbəti xarici qüvvələrə tabe olan şəxsi gətirəcəklər”.

Safura Bənnayeva
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑