Dünya · Globalinfo.az

ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq xəbəri üçün şəkil

ABŞ Energetika Nazirliyi Luiziana ştatında yerləşən “Phillips 66” neft emalı zavodunun xammal təchizatında yaranan fasilələri aradan qaldırmaq məqsədilə strateji ehtiyatdan 400 min barelədək neftin istifadəsinə icazə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, neft təcili tədarük üçün Luizianadakı “West Hackberry” strateji anbarından “Lake Charles” zavoduna göndəriləcək.

Neftin verilməsi mübadilə mexanizmi əsasında həyata keçiriləcək. Belə ki, “Phillips 66” aldığı xammalı əlavə həcmdə geri qaytarmalıdır. Bu şərt strateji ehtiyatların vergi ödəyiciləri üçün əlavə xərc yaratmadan bərpasına imkan verəcək.

ABŞ energetika nazirinin müavini Kayl Haustvayt bildirib ki, qərar neft emalı zavodunun fəaliyyətini dəstəkləməyə, yanacaq tədarükünün sabitliyini qorumağa və xammalın çatdırılmasında yaranan müvəqqəti fasilələrin təsirlərini azaltmağa xidmət edir.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑