Dünya · Globalinfo.az

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə… xəbəri üçün şəkil

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Ci Kleyton İranın ABŞ diplomatları və vətəndaşlarına qarşı mümkün hücum planları ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, Kleyton ABŞ dövlət katibi Marko Rubioya İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı ölümcül hücum planlarının irəliləmiş mərhələyə çatdığını bildirib.

Bununla əlaqədar kəşfiyyat məlumatlarına çıxışın genişləndirilməsi məsələsinin qaldırıldığı qeyd olunur.

Təhlükəsizlik riskləri fonunda Səudiyyə Ərəbistanının Ər-Riyad, Ciddə və Əz-Zəhran şəhərlərindəki diplomatik nümayəndəliklərdən zəruri olmayan əməkdaşların təxliyə edildiyi bildirilir.

Həmçinin İranla bağlı təhdidlər və husilərin mümkün hücumları səbəbindən Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Livan və İordaniyadakı ABŞ diplomatik nümayəndəliklərində çalışan əməkdaşların sayının azaldıldığı qeyd olunur.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑