Sosial · Globalinfo.az

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş - AÇIQLANDI - Globalinfo.az - Globalinfo.az - Azərbaycan və

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş - AÇIQLANDI - Globalinfo.az - Globalinfo.az - Azərbaycan və xəbəri üçün şəkil

Quzu ətinin qiymətində son günlər müşahidə olunan artım yenidən ət bazarındakı dinamikanı gündəmə gətirib. Müxtəlif satış məntəqələrində qiymətlərin

REKLAM BANNERİ

Quzu ətinin qiymətində son günlər müşahidə olunan artım yenidən ət bazarındakı dinamikanı gündəmə gətirib. Müxtəlif satış məntəqələrində qiymətlərin yüksəlməsi istehlakçıların xərclərinə təsir etməklə yanaşı, bahalaşmanın səbəbləri ilə bağlı suallar da yaradır.

Qarşıdakı dövrdə quzu ətinin qiymətində daha ciddi artım gözlənilirmi?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, bəzi satış nöqtələrində qiymətin 23-25 manata çatdığı bildirilir:

“İddia edirlər ki, heyvan sayı azaldığı üçün bahalaşma baş verir. Lakin bunu əsas səbəbi kimi göstərmək düzgün deyil. Sual budur ki, fermer heyvan saxlamaqda niyə əvvəlki qədər maraqlı deyil? Yem, otlaq, su, baytarlıq, əmək və digər xərclər artır, amma istehsalçının gəliri bu artımı kompensasiya etmirsə, fermer təbii olaraq istehsalı azaldır. Nəticədə heyvan sayı azalır, təklif daralır və qiymət artır”.

asif

Asif İbrahimov

Related

İqtisadçının fikrincə, problemi bazarın sonuncu mərhələsində axtarmaqla məsələ həll olunmayacaq:

“İllərdir həyata keçirilən aqrar siyasətin nəticələrinə baxmaq lazımdır. Fermer üçün normal iqtisadi şərait, əlçatan yem, otlaq, maliyyə və sabit satış bazarı yaradılmadan heyvandarlığın inkişafından danışmaq çətindir. Digər tərəfdən, “ət bahalaşacaq” xəbərlərinin ardıcıl yayılması da qiymət gözləntisi yaradır. Satıcı qiyməti əvvəlcədən qaldıra, alıcı isə bahalaşmadan əvvəl alışa tələsə bilər. Beləliklə, informasiya özü də qiymətə təsir edən amilə çevrilir”.

Asif İbrahimov qeyd edib ki, fermerin istehsala marağı bərpa olunmasa, heyvan sayı azalmaqda davam edəcək, yerli təklif zəifləyəcək və qiymət təzyiqi artacaq:

“Ona görə də qiyməti inzibati qaydada aşağı salmaq yox, qiyməti yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Bu gün ətin qiymətini müzakirə edirik. Sabah daha yüksək qiyməti müzakirə etməmək üçün indi səbəbləri aydınlaşdırmalıyıq”.

Zaira Akifqızı
Globalinfo.az

Həmçinin oxuyun

Ətin qiyməti yenidən dəyişdi – Bazarda nə baş verir?

Ətin qiyməti yenidən dəyişdi – Bazarda nə baş verir?

29.08.2026 Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

02.09.2026 Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA – Kilosu 4 manata...

Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA – Kilosu 4 manata...

24.09.2026 Paylaş:

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑