Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6
REKLAM BANNERİ
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsi Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.
“Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, – deyə məlumatda qeyd edilib.
Paylaş:
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.