Özəl · Globalinfo.az

“Bir neçə hərbçinin sərhədi keçməsi…” - Ermənistan MTX məlumat yaydı - Globalinfo.az - Globalinfo.az -

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bir neçə hərbçinin sərhədi keçməsi…” - Ermənistan MTX məlumat yaydı - Globalinfo.az - Globalinfo.az - xəbəri üçün şəkil

Ermənistanın Sünik (Zəngəzur - red.) rayonunun Şaki qəsəbəsində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

REKLAM BANNERİ

Ermənistanın Sünik (Zəngəzur – red.) rayonunun Şaki qəsəbəsində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Globalinfo.az-ın məlumatına görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirib ki, oktyabrın 1-də baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə, mediada və digər platformalarda həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Related

Qurum qeyd edib ki, Ermənistanın dövlət sərhədini qanunsuz keçən yalnız bir nəfər – N. Musayev olub. O, başlanmış cinayət işi çərçivəsində məhkəmə qərarı ilə saxlanılıb.

Milli Təhlükəsizlik Xidməti həmçinin bir neçə şəxsin, o cümlədən təxribatçıların olduğu və hüquq-mühafizə orqanlarının ərazidə əməliyyat–axtarış tədbirləri apardığı barədə məlumatların tamamilə əsassız olduğunu açıqlayıb.

Qurum ictimaiyyəti yalnız rəsmi açıqlamalara istinad etməyə çağırıb.

Paylaş:

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑