Xarici siyasət · Globalinfo.az

Avropa İttifaqı Şurasının üzvləri Şuşada - FOTOLAR - Globalinfo.az - Globalinfo.az - Azərbaycan və Dünya

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı Şurasının üzvləri Şuşada - FOTOLAR - Globalinfo.az - Globalinfo.az - Azərbaycan və Dünya xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar.

REKLAM BANNERİ

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

Nümayəndə heyətinin Şuşa ilə tanışlığı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərindən başlayıb.

Related

Aİ Şurasının nümayəndələri daha sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.

Səfər çərçivəsində xarici nümayəndələr Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.

Qonaqlar, həmçinin Şuşanın qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Nümayəndə heyəti Şuşada Qazançı kilsəsi ilə də tanış olub.

2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18

Həmçinin oxuyun

Aİ Şurasının nümayəndə heyəti Azərbaycana gəlir

Aİ Şurasının nümayəndə heyəti Azərbaycana gəlir

29.09.2026 Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış kompleksində – FOTOLAR

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış kompleksində – FOTOLAR

11.09.2026 Paylaş:

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑