Türkiyə Trendyol Super Liqasında VII turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, “Beşiktaş” öz evində “Kocaelispor”u 2:1 hesabı ilə məğlub edərək 3 xal qazanıb.
Digər görüşlərdə “Çorum ” səfərdə “Qaziantep”in qapısından 3 cavabsız top keçirib (3:0). “Konyaspor” – “Başakşehir” qarşılaşmasında isə qapılara qol vurulmayıb (0:0).
Qeydə alınan nəticələr:
Türkiyə Trendyol Super Liqası
VII tur
Konyaspor – Başakşehir 0:0
Qaziantep – Çorum 0:3
Qollar: Cengiz Ünder, 37, Aleksandros Kiziridis, 60, Markus Karlsbakk, 82
Beşiktaş – Kocaelispor 2:1
Qollar: Orkun Kökçü, 18, Duşan Vlahoviç, 31 (pen.) – Şou, 27




