Türkiyənin “Gənclərbirliyi” klubunun baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Bernd Storka tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Stork daha əvvəl Qazaxıstan yığmasını, “Genk”, “Muskron”, “Dunayska Streda”, “Eypen” kimi klubları çalışdırıb.
“Gənclərbirliyi” Super Liqada 6 turdan sonra 7 xalla 13-cü sıradadır.



