İdman · Futbolpress.az

London klubunun əfsanəsi vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
London klubunun əfsanəsi vəfat etdi xəbəri üçün şəkil

“Arsenal” klubunun fəxri prezidenti və futbol dünyasının tanınmış funksioneri Ken Frayar 93 yaşında vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Həyatının 76 ilini “topçular”a həsr edən Frayar 1950-ci ildə bilet kassasında fəaliyyətə başlayıb, 1983-cü ildə idarəedici direktor vəzifəsinə qədər yüksəlib. “Emireyts” stadionunun tikintisinə rəhbərlik edən təcrübəli funksioner 2020-ci ildə direktorlar şurasından ayrılaraq klubun ömürlük fəxri prezidenti seçilmişdi.

“Arsenal”ın maliyyə sabitliyində və beynəlxalq nüfuzunun artmasında müstəsna rolu olan Frayarın şərəfinə “Emireyts” arenası yaxınlığında heykəl ucaldılıb. Əfsanəvi xadim ilə vida mərasimi bu həftənin sonunda Londonda baş tutacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑