“Sabah” bu gün UEFA Çempionlar Liqasında “Vikinq”lə qarşılaşacaq.
Milli komandanın baş məşqçisi Ayxan Abbasov matçla bağlı “Futbolpress.az“a fikirlərini bölüşdü:
“Sabah”ı ağır oyun gözləyir. Komanda sıx qrafikdədir. Çempionlar Liqasında xal qazanmaq arzuları var. Rəqib azarkeşləri önündə oynayacaq və üstəlik, meydança süni örtüklüdür. Bu amillər “Sabah”a çətinlik yaşada bilər”.
Mütəxəssis “bayquşlar”ın yaxşı nəticə qazana biləcəyini qeyd etdi:
“Vikinq” də, “Sabah” da yaxşı vəziyyətdədir. Hər iki komanda inamlı oyun göstərir. Düşünürəm ki, təmsilçimiz bu gün Norveçdən yaxşı nəticə ilə dönə bilər. İndiki məqamda hər xal “Sabah” üçün bir qazancdır”.
Abbasov komandanın sıx qrafikinə də toxundu:
“Əlbəttə, Çempionlar Liqasına düşürsənsə, ağır rejimə öyrəşməlisən. “Sabah”ın hər iki cəbhədə mübarizə aparmaq üçün geniş heyəti var. Liqa oyunlarındakı rotasiyalar da komanda üçün faydalıdır”.
Norveçdə keçiriləcək “Vikinq” – “Sabah” oyununa saat 00:00-da start veriləcək.
Şahin Cəfərov



