İdman · Futbolpress.az

“Bavariya” iddiaları təkzib etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bavariya” iddiaları təkzib etdi xəbəri üçün şəkil

Münhen “Bavariya”sı “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın transferi variantını nəzərdən keçirmir və bütün diqqətini Harri Keynlə yeni müqavilə imzalamağa yönəldib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Kristian Falk məlumat yayıb. Almaniya “nəhəng”i norveçli forvardın yüksək maliyyə tələbləri səbəbindən danışıqlara başlamaq niyyətində deyil.

Məlumata görə, Haaland hazırkı klubunda illik təxminən 35 milyon avro məvacib alır. Bu cür yüksək əməkhaqqı “Bavariya”nın daxili maliyyə siyasətinə və komandadakı maaş balansına zidd olduğu üçün transferi faktiki olaraq mümkünsüz edir. Bundan əlavə, “Mançester Siti”nin əsas ulduzlarından birini almaq üçün aparılacaq danışıqların texniki baxımdan çox mürəkkəb olacağı vurğulanır.

Bunun əvəzinə, Münhen təmsilçisinin rəhbərliyi 2023-cü ildə “Tottenhem”dən transfer edilən və komandanın hücum xəttinin əsas fiquruna çevrilən Harri Keynlə əməkdaşlığı uzatmağı prioritet məqsəd seçib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑