İdman · Futbolpress.az

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan cüdoçusu qızıl medal qazandı xəbəri üçün şəkil

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, -66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.

İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçumuz 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.

Neapolda keçirilən fərdi yarışlarda 36 ölkədən 275 cüdoçu iştirak edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑