İdman · Futbolpress.az

AFFA mətbuat xidmətinə rəhbər tapdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AFFA mətbuat xidmətinə rəhbər tapdı xəbəri üçün şəkil

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) yeni təyinatı baş tutub.

Futbolpress.az xəbər verir ki, Əli Verdiyev AFFA-nın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru təyin olunub. Bu barədə Verdiyev özünün rəsmi sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.

Əli Verdiyev cari təyinata qədər bir sıra transmilli şirkətlərdə və qurumlarda rəhbər vəzifələrdə çalışıb. O, “Philip Morris International”, “NEQSOL Holding” və “Japan Tobacco International” kimi iri şirkətlərdə reputasiya və böhran idarəçiliyinə rəhbərlik edib.

Eyni zamanda, “Uber Azerbaijan” şirkətində Dövlət Əlaqələri Direktoru, Dünya Bankının Məşğulluğa Dəstək Layihəsində sosial mütəxəssis, Azərbaycan Respublikası Hesablama Palatasının Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini və UNICEF strukturlarında tənzimləyici siyasət və beynəlxalq münasibətlər istiqamətində fəaliyyət göstərib.

Yeni direktor 1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili və tərcüməşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb, 2009-2012-ci illərdə isə Xəzər Universitetində beynəlxalq biznes üzrə magistr təhsili alıb.

Qeyd edək ki, qurumun mətbuat xidmətinə rəhbərlik etmiş Murad Axundov oktyabrın 1-də AFFA-dan ayrılmışdı.

Ayxan Zayıdzadə

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑