Portuqaliya milli komandasının baş məşqçisi Xorxe Jezus yaxın vaxtlarda komandanın kapitanı Kriştiano Ronaldo ilə bir araya gələcək.
Futbolpress.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (PFF) yığmanın ətrafında yaranmış gərginliyi aradan qaldırmaq üçün hərəkətə keçib.
“A Bola” nəşrinin məlumatına görə, təcrübəli mütəxəssis Ronaldo ilə görüşməyə və verdiyi son qərarlarla bağlı yaranmış vəziyyəti müzakirə etməyə razılıq verib. İndi federasiya rəhbərliyi 41 yaşlı ulduz futbolçunun cavabını gözləyir.
Federasiya bu görüşü neytral ərazidə təşkil etməyi planlaşdırır və artıq hücumçunun yaxınları ilə təmaslar qurub. PFF dialoq vasitəsilə münaqişəni tamamilə həll etməyi və Ronaldonun milli komandadakı karyerasını vaxtından əvvəl bitirməsinin qarşısını almağı hədəfləyir.

