Futbol üzrə Azərbaycan II Liqasında VI turun oyunlarına start verilib.
Futbolpress.az xəbər verir ki, turun ilk günündə üç qarşılaşma baş tutub.
Günün mərkəzi matçında “Qaradağ Lökbatan” “Zəngəzur”u sınağa çəkib. Digər oyunlarda isə “Şəki” “Şəmkir”lə, “Kür-Araz” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gəlib.
3 oktyabr (şənbə)
15:00. “Qaradağ Lökbatan” – “Zəngəzur” 4:0
Qollar: Ə. Əlizadə, 6, 21, 87, R. Orucov, 79
Hakimlər: Sənan Bayramzadə, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
Lökbatan OİK stadionu
15:00. “Şəki” – “Şəmkir” 0:5
Qollar: E. Abdullayev, 24, 38, 66, R. Allahverdiyev, 68, Ü. Sərıyev, 75
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Nurlan Əhmədzadə, Rauf Salamov
Zaqatala OİK stadionu
15:30. “Kür-Araz” – “Ağstafa Gəncləri” 2:4
Qollar: B. Əliyev, 57, 59 – C. İmamverdiyev, 52, 65, E. Qasımov, 73, E. Namazov, 87
Hakimlər: Mehdi Yusifov, Ruslan Babayev, Cavid Ömərov, İlqar Əhmədov
Saatlı OİK stadionu

