İdman · Futbolpress.az

“Hücum xəttində oyunçu qıtlığı yaşayırıq” — Rəşad Sadıqov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Hücum xəttində oyunçu qıtlığı yaşayırıq” — Rəşad Sadıqov xəbəri üçün şəkil

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanı dəyərləndirdi: – Çempionatdakı fasilə bizim üçün gözləniləndən daha uzun çəkdi. Düzü, belə fasilələrə vərdiş etməmişik. Məhz bu səbəbdən, həmçinin milli komandalara yollanan və zədəli olan futbolçuların yoxluğunda formanı qorumaq […]

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanı dəyərləndirdi:

– Çempionatdakı fasilə bizim üçün gözləniləndən daha uzun çəkdi. Düzü, belə fasilələrə vərdiş etməmişik. Məhz bu səbəbdən, həmçinin milli komandalara yollanan və zədəli olan futbolçuların yoxluğunda formanı qorumaq üçün “Qarabağ”la yoxlama oyunu keçirməyi məqsədəuyğun saydıq. Mübarizəli qarşılaşma alındı. Bizim üçün prioritet “Şamaxı” ilə matça optimal hazırlaşmaqdır. Ümid edirəm ki, istədiyimiz müsbət nəticəni qazana biləcəyik.

– Komandanın meydandakı oyun səviyyəsi sizi qane etdimi?

– Şanslardan istifadə baxımından çətinliklərimiz hələ də qalır. Lakin bu gün hesab ikinci dərəcəli məsələ idi. Matçı hər hissəsi 40 dəqiqə olmaqla oynadıq. Təxminən 55-60 dəqiqəlik oyunumuz məni razı saldı. Təbii ki, son dəqiqələrdə futbolçularda fiziki yorğunluq özünü göstərdi.

– Heyətdəki itkilər hazırlıq prosesinə nə dərəcədə təsir edir?

– 8 əsas oyunçunun olmaması işimizi ciddi şəkildə çətinləşdirir. Təəssüf ki, bəzi futbolçularımızın sıraya qayıtması 2-3 ay vaxt aparacaq. Bir neçə gün öncə məşq zamanı Bayere Lou da zədələndi və o da iki ay meydandan kənarda olacaq. Xüsusən hücum xəttində oyunçu qıtlığı yaşayırıq.

– Milli komandamızın Lixtenşteynlə heç-heçə etməsi və qarşıdakı Litva matçı barədə fikirləriniz necədir?

– İllərlə milli komandanın şərəfini qorumuş biri kimi deyə bilərəm ki, nəticə olmadıqda tənqidlər təbiidir. Lixtenşteynlə matçda fərqlənmək üçün kifayət qədər epizodlarımız var idi. Şansları boşa verəndə isə futbolçularda psixoloji gərginlik və təzyiq yaranır. Qarşıdakı Litva ilə görüş həlledici xarakter daşıyır. İnanıram ki, yığmamız növbəti iki matçda maksimum nəticə göstərərək qrupu lider kimi tamamlamayacaq.

– Ayxan Abbasovun millinin “sükanı arxasında” qalmasını dəstəkləyirsiniz?

– Ayxan Abbasovun potensialına və işinə sonadək inanıram. Lixtenşteynlə qarşılaşma sadəcə uğursuz günümüzə təsadüf etdi. Meydanda mübarizə aparan, oynamaq istəyən komanda var idi. Sadəcə top qapıdan keçmədi. Əminəm ki, növbəti oyunlarda nəticə baxımından tamamilə fərqli və müsbət mənzərə görəcəyik.

Ayxan Zayıdzadə

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑