İdman · Futbolpress.az

Bakıda keçirilən mundial yekunlaşdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda keçirilən mundial yekunlaşdı xəbəri üçün şəkil

Bakıda keçirilən üzgüçülük üzrə

Bakıda keçirilən üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsi başa çatıb və qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Bakı Su İdmanı Sarayında keçirilən turnir uğurla yekunlaşıb.

Final mübarizələrindən əvvəl azarkeşlər üçün rəngarəng şou təqdim olunub. Axşam seansından öncə “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camalın ifasında musiqili proqram nümayiş etdirilib.

Yarışın həlledici seansı idmançımız Anastasiya Qnusinanın uğurlu çıxışı ilə yaddaqalan olub. 200 metr məsafəyə arxası üstə üzmə yarışında 2:20,68 dəqiqə göstərici nümayiş etdirən təmsilçimiz Azərbaycan rekordunu yeniləməyi bacarıb.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑