Qəbələdə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası hazırlıq prosesinin ikinci mərhələsində ilk sınaq matçına çıxıb. Futbolpress.az xəbər verir ki, yığmamız Moldovanın müvafiq yaş qrupu üzrə komandası ilə qüvvəsini sınayıb. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma rəqib komandanın 1:0 hesablı minimal qələbəsi ilə yekunlaşıb. U-20 millimiz növbəti yoldaşlıq görüşünü oktyabrın 6-da Yaponiya seçməsinə qarşı keçirəcək. Yenə Qəbələ şəhər stadionunda təşkil olunacaq matçın start fiti saat 16:00-da səslənəcək.
Qəbələdə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası hazırlıq prosesinin ikinci mərhələsində ilk sınaq matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, yığmamız Moldovanın müvafiq yaş qrupu üzrə komandası ilə qüvvəsini sınayıb. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma rəqib komandanın 1:0 hesablı minimal qələbəsi ilə yekunlaşıb.
U-20 millimiz növbəti yoldaşlıq görüşünü oktyabrın 6-da Yaponiya seçməsinə qarşı keçirəcək. Yenə Qəbələ şəhər stadionunda təşkil olunacaq matçın start fiti saat 16:00-da səslənəcək.