UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə Norveç təmsilçisi “Vikinq”ə məğlub olan (1:4) “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə matçla bağlı təəssüratlarını bölüşdü:
– Bura Çempionlar Liqasıdır və bütün görüşlər son dərəcə çətin keçir. Norveçə kifayət qədər yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik. İlk hissədə tamamilə bərabərsəviyyəli oyun izlədik və hər iki komanda əlinə düşən qol fürsətlərindən maksimum yararlana bildi. İkinci yarıda isə daha açıq futbol gördük. Rəqib təkbətək mübarizələrdə bizdən üstün idi. Belə səviyyəli matçlarda oyunun sürətinə xüsusi diqqət yetirmək vacibdir.
– Qırmızı vərəqədən sonra komandanın azlıqda qalması oyunun taleyinə necə təsir etdi?
– Təəssüf ki, buraxdığımız qol nəticədə məğlubiyyətimizə gətirib çıxardı. Halbuki azlıqda qalsaq belə, komandam başabaş və yaxşı mübarizə aparırdı. Bir daha qeyd etmək istəyirəm ki, Çempionlar Liqasının səviyyəsi tam başqadır. Buradakı ən kiçik bir diqqətsizlik və buraxılan sadə səhv dərhal qapında qolla nəticələnir.
Ayxan Zayıdzadə






