Aqrar-sənaye kompleksi · FED.az

Rusiya Azərbaycandan gətirilən - Pomidorları məhv edəcək - FED.az

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Azərbaycandan gətirilən - Pomidorları məhv edəcək - FED.az xəbəri üçün şəkil

Rusiyada Azərbaycandan gətirilən pomidor partiyasında virus aşkarlanıb.

Pomidor satanların üzü gülür – GƏLİRLƏRİ 15 MİLYON DOLLAR ÇOXALIB

FED.az xəbər verir ki, Rusiyanın Şimal Dənizi üzrə “Rosselxoznadzor” idarəsinin əməkdaşları Murmansk şəhərində meyvə-tərəvəz məhsullarının saxlanıldığı anbarlarda yoxlama aparıblar.

Yoxlama zamanı Azərbaycandan gətirilən pomidor partiyasında sarı-qırmızı mozaik naxışlar, nekrotik ləkələr və deformasiyalar aşkar edilib.

Mütəxəssislər bunun pepino mozaika virusuna yoluxma əlamətləri ola biləcəyini bildiriblər.

Laboratoriya müayinələri nəticəsində pomidorların virusa yoluxduğu təsdiqlənib.

Bundan başqa, pomidorların digər məhsullardan ayrı saxlanılmadığı və yoluxma əlamətləri barədə aidiyyəti quruma məlumat verilmədiyi müəyyənləşdirilib.

Sahibkara aşkar edilmiş pozuntuların aradan qaldırılması tapşırılıb. Onun inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

Qeyd olunub ki, virusa yoluxmuş pomidor partiyası məhv ediləcək (Modern.az) .

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑