Əmlak · FED.az

Bakıda vətəndaşın evini söküb pul verməyən - Şirkət rəhbəri həbs edildi - FED.az

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda vətəndaşın evini söküb pul verməyən - Şirkət rəhbəri həbs edildi - FED.az xəbəri üçün şəkil

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib.

Bakının ən bahalı ünvanları açıqlandı – 1 KVADRATMETR 19 MİN MANAT

FED.az xəbər verir ki, “Gold Məkan” MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərində sui-istifadədə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsində hakim T.Musayevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədov 2 il dövlət və özəl yerli idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məlumata görə, onun rəhbərlik etdiyi şirkət Bakıda 100 kvadrat metr yaşayış yerini söküb, lakin zərərçəkənə heç bir ödəniş etməyib (Lent.az).

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑