İqtisadiyyat · FED.az

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 4000 MANAT - VAKANSİYA - FED.az

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 4000 MANAT - VAKANSİYA - FED.az xəbəri üçün şəkil

Company

Marketinq mütəxəssisi

Son tarix 13 noy 2026 - [email protected]

Vəzifə öhdəlikləri

  • Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • İllik və rüblük marketinq planlarının hazırlanması, prioritetlərin müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • Brendin bazarda mövqeləndirilməsi, tanınmasının və rəqabət üstünlüklərinin gücləndirilməsi;
  • Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması;
  • Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili;
  • Bazarın, rəqiblərin və müştəri davranışlarının araşdırılması, əldə olunan nəticələr əsasında təkliflərin hazırlanması;
  • Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi;
  • Potensial müştərilərin cəlbi (lead generation), müştəri bazasının genişləndirilməsi və satış komandası ilə əməkdaşlığın inkişaf etdirilməsi;
  • Marketinq komandasının fəaliyyətinin təşkili, illik və rüblük planların konkret tapşırıqlara, icra müddətlərinə və fərdi KPI-lara bölünməsi, tapşırıqların yazılı şəkildə müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • Daxili komanda, agentliklər və digər tərəfdaşlar arasında iş bölgüsünün təşkili, nəticəyönümlü və şəffaf iş mühitinin formalaşdırılması;
  • Marketinq büdcəsinin planlaşdırılması, xərclərin səmərəli idarə olunması və marketinq fəaliyyətinin maliyyə effektivliyinin qiymətləndirilməsi;
  • Rəhbərlik üçün mütəmadi hesabatların, analitik təhlillərin və təqdimatların hazırlanması;
  • Marketinq proseslərinin təkmilləşdirilməsi, yeni alət və yanaşmaların tətbiqi, iş səmərəliliyinin artırılması.

Namizədə dair tələblər

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
  • Marketinq strategiyalarının hazırlanması, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki təcrübə;
  • Brendin mövqeləndirilməsi, bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə bilik və təcrübə;
  • Rəqəmsal marketinq alətləri, reklam kampaniyalarının idarə edilməsi və performans göstəricilərinin təhlili üzrə praktiki təcrübə;
  • Google Analytics, Google Ads, Meta Ads və digər müvafiq rəqəmsal platformalarla işləmək bacarığı;
  • Marketinq büdcəsinin planlaşdırılması, xərclərin optimallaşdırılması və nəticələrin ölçülməsi üzrə təcrübə;
  • Satış və biznesin inkişafı istiqamətləri ilə əməkdaşlıq, müştəri cəlbi və kommersiya nəticələrinin yaxşılaşdırılması bacarığı;
  • Layihələrin planlaşdırılması, iş proseslərinin koordinasiyası və prioritetlərin düzgün müəyyənləşdirilməsi bacarığı;
  • Analitik düşüncə, strateji yanaşma və nəticəyönümlülük;
  • Liderlik, qərarvermə, təşəbbüskarlıq və komanda idarəetməsi bacarığı;
  • Güclü kommunikasiya, təqdimat və hesabat hazırlamaq bacarıqları;
  • MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili üzrə minimum B2 səviyyəsi.

İş şəraiti

  • İş yeri: Bakı şəhərinin mərkəzi
  • Əməkhaqqı: 3000 - 4000 AZN
  • İş rejimi: Tam iş günü, həftədə 5 gün; istirahət şənbə-bazar

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑