Sağlam qidalanmaya və qida dəyəri yüksək məhsullara artan maraq fonunda Filippin mənşəli Mega Sardines brendi 2026-cı ilin iyul ayından etibarən Azərbaycanda ilk dəfə “OBA” marketlər şəbəkəsində satışa təqdim olunub.
FED.az xəbər verir ki, Mega Sardines məhsullarının təqdimatı çərçivəsində həkim-dietoloq Tutu Zeynalovanın iştirakı ilə video hazırlanıb. Videoda Tutu Zeynalova məhsulu sağlam qidalanmaya üstünlük verənlərə və pəhriz saxlayanlara tövsiyə edib, vitaminlərlə zəngin tərkibinə diqqət çəkərək onu “multi vitamin deposu” adlandırıb.
ABŞ-da yerləşən Medical Wellness Association metabolik sağlamlığı qlobal səhiyyə gündəminin əsas prioritetlərindən biri kimi qiymətləndirir. Assosiasiyanın yanaşmasına görə, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azlığı və həyat tərzi ilə bağlı digər amillər artıq çəki, insulin müqaviməti, 2-ci tip diabet və digər metabolik problemlərin yaranmasında mühüm rol oynayır.
Bu baxımdan zülal, sağlam yağlar və yüksək qida dəyəri ilə seçilən məhsullar balanslı qidalanmada xüsusi əhəmiyyət daşıyır. Sardina da qida tərkibi və praktik istifadə imkanı ilə belə seçimlərdən biridir.
Medical Wellness Association-un təsisçi idarə heyətinin və akademik heyətinin üzvü Ceyms Maykl Lafferti sardina məhsullarının qida dəyərinə diqqət çəkərək bildirib: “İnsanların istehlak edə biləcəyi ən qidalandırıcı məhsullardan biri məhz sardinadır. Lakin bütün sardinalar eyni deyil. Sardinaların tutulduğu sular və onların emal prosesi məhsulun tərkibi, təravəti və qida dəyərində ciddi fərqlər yarada bilər”.
Brendin təqdim etdiyi məlumata görə, Mega Sardines məhsullarını fərqləndirən əsas xüsusiyyətlərdən biri sardinaların Cənubi Sakit Okean sularında ovlanmasıdır. Digər xüsusiyyət isə tam inteqrasiya olunmuş istehsal modelidir. Şirkət “Dənizdən konservəyə 12 saatda” prinsipi ilə fəaliyyət göstərir. Sardinalar ovlandıqdan sonra qısa müddətdə emal edilərək konservləşdirilir. Bu yanaşma məhsulun təravətinin və qida dəyərinin qorunmasına xidmət edir.
“OBA”nın təşəbbüsü ilə Mega Sardines məhsullarının Azərbaycan bazarına təqdim olunması ölkəni Qafqaz və Mərkəzi Asiya regionunda brendin satışa çıxarıldığı ilk bazarlardan birinə çevirib.
“OBA” marketlər şəbəkəsi Mega Sardines məhsullarını təqdim etməklə istehlakçılara qida dəyəri yüksək və dadlı seçimlər təklif etməyi hədəfləyir. Brendin Azərbaycan bazarına gətirilməsi şəbəkənin məhsul çeşidinin genişləndirilməsi və sağlam qidalanmaya maraq göstərən müştərilərin seçimlərinin artırılması istiqamətində atılan addımlardan biridir.
Layihənin təşəbbüskarlarından biri Mega brendinin qlobal tərəfdaşı olan TTA — The Turnaround Artists şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə rəhbəri Ruslan Hümbətov olub. O, Mega Sardines məhsullarını şəxsən sınadıqdan sonra brendin həm dadı, həm də qida dəyəri baxımından Azərbaycan bazarında maraqla qarşılanacağına əmin olduğunu bildirib.
https://www.youtube.com/shorts/ZRofVZSZ6fI

