İqtisadiyyat · FED.az

Şirkət işçi axtarır - MAAŞ 2500-3000 MANAT - VAKANSİYA - FED.az

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şirkət işçi axtarır - MAAŞ 2500-3000 MANAT - VAKANSİYA - FED.az xəbəri üçün şəkil

Company

Aparıcı hüquqşünas

Son tarix 19 noy 2026 - [email protected]

İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi

İş rejimi: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Hasilatın Pay Bölgüsü Sazişi rejimi altındakı vergi, gömrük və əmək məsələləri ilə bağlı dövlət orqanları qarşısında Filialın maraqlarının müdafiəsi;
  • Hasilatın Pay Bölgüsü Sazişi və Birgə Əməliyyat Sazişi müddəalarının şərh edilməsi və onların icrası ilə bağlı hüquqi risklərin qiymətləndirilməsi;
  • Müqavilələrin (alqı-satqı, xidmət, icarə və s.) hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
  • Daxili normativ sənədlərin (əmr, qayda, təlimat, əsasnamə və s.) hazırlanması və hüquqi ekspertizası;
  • Dövlət orqanları, məhkəmələr, bələdiyyələr və digər qurumlarla yazışmaların həyata keçirilməsi;
  • Filialın mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanları qarşısında təmsil edilməsi;
  • Filialın fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Departament direktorunun tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanması;
  • Zərurət olduqda Filialın müxtəlif struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsinin təmin edilməsi;
  • Əmək və icra intizamının pozuntusu halları ilə bağlı araşdırmalarının həyata keçirilməsi, faktiki halların və əlaqəli sənədlərin təhlili və nəticələr üzrə hüquqi rəyin hazırlanması;
  • Filial rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin icra edilməsi.

Namizədə dair tələblər:

  • Ali hüquq təhsili;
  • 5 il hüquq sahəsində iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki, əmək, inzibati və mülki prosesual qanunvericiliyini bilik və praktiki təcrübə;
  • Hasilatın Pay Bölgüsü Sazişi sahəsi üzrə bilik və praktiki təcürbə
  • Hüquqi sənədlərin tərtibi üzrə yüksək səviyyəli yazılı və analitik bacarıqlar;
  • Məsuliyyətli, dəqiq və operativ iş prinsipi;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • MS Office proqramlarından istifadə etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini orta səviyyədə bilmək.

İşə dair şərtlər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə; 
  • Əmək haqqı: 2500-3000 manat net;
  • Könüllü tibbi sığorta;
  • 5 günlük iş qrafiki: I-V günlər saat 08:30-dan 17:30-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri; nahar fasiləsi: saat 12:00-13:00 (Nahar Filial tərəfindən təmin edilir)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑