Mədəniyyət · Editor.az

Tanınmış türkiyəli müğənninin qızı faciəli şəkildə öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tanınmış türkiyəli müğənninin qızı faciəli şəkildə öldü xəbəri üçün şəkil

Türkiyənin tanınmış müğənnisi Atilla Taşın qızı Sezen Taş Mersində yerləşən yaşayış kompleksindəki binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Oxu.Az “Haber Global” telekanalına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Erdemli rayonunun Çeşmeli məhəlləsində yerləşən istirahət kompleksində baş verib.

Daxil olan çağırış üzrə əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin keçirdiyi baxış zamanı Sezen Taşın hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib.

Məsələ ilə bağlı istintaq-araşdırma tədbirlərinə başlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑