Dünya · Editor.az

Bolqarıstanda tarix yazıldı: İliyana Yotova ölkənin ilk seçilmiş qadın prezidenti oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolqarıstanda tarix yazıldı: İliyana Yotova ölkənin ilk seçilmiş qadın prezidenti oldu xəbəri üçün şəkil

Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, hazırkı dövlət başçısı İliyana Yotova qələbə qazanaraq ölkə tarixində prezident vəzifəsinə seçilən ilk qadın olub.

Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, Yotova və onun komandasına seçicilərin 57,6 faizi səs verib. Onun rəqibi, keçmiş müvəqqəti baş nazir Andrey Qyurov isə 39,5 faiz səs toplayıb.

Seçkilərdə iştirak səviyyəsinin aşağı olması diqqət çəkib. Seçicilərin təxminən 27 faizi səsverməyə qatılıb.
Yotovanın qələbəsi Bolqarıstanın daxili siyasəti ilə yanaşı, ölkənin xarici siyasət kursu baxımından da əhəmiyyətli hesab olunur. O, Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla başa çatdırılmasını müdafiə edir.

Qələbə eyni zamanda keçmiş baş nazir Rumen Radevin siyasi mövqelərini gücləndirə bilər. Radev də Yotovanın namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Bolqarıstanda prezidentin səlahiyyətləri əsasən təmsilçilik xarakteri daşıyır və ölkənin əsas siyasi qərarları parlament və hökumət tərəfindən qəbul edilir.

//Samir Qurbanov, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑