Dünya · Editor.az

ABŞ də QARIŞDI: Trampa qarşı 50 ştat AYAĞA QALXDI – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ də QARIŞDI: Trampa qarşı 50 ştat AYAĞA QALXDI – VİDEO xəbəri üçün şəkil

ABŞ-də Konqresə keçiriləcək aralıq seçkilərə sayılı günlər qalmış ölkə miqyasında prezident Donald Trampın siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib.

“No Kings” hərəkatının təşkilatçılığı ilə Birləşmiş Ştatların bütün 50 ştatında ümumilikdə 3000-dən çox etiraz tədbiri baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Aksiyalara qatılan etirazçıların dəqiq sayı hələlik açıqlanmayıb.

“No Kings: Vote Early” (“Krallara yox: Erkən səs ver”) şüarı altında təşkil olunan kampaniyanın əsas məqsədi amerikalıları 3 noyabr seçkilərindən əvvəl erkən səsvermə hüququndan maksimum istifadə etməyə təşviq etməkdir.

Etiraz dalğası Nyu-York, Los-Anceles, Çikaqo, Filadelfiya, Atlanta kimi nəhəng meqapolisləri bürüyüb. Bəzi şəhərlərdə kütləvi mitinqlərlə yanaşı, avtoyürüşlər, konsertlər və yerli icmaların toplantıları təşkil olunub.

Donald Tramp poçt vasitəsilə erkən səsvermə sisteminə dəfələrlə kəskin qarşı çıxıb və bu üsulun kütləvi saxtakarlıqlara yol açacağını iddia edib.

Qeyd edək ki, bu aralıq seçkiləri ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senata hansı partiyanın nəzarət edəcəyini həll edəcək. Son sorğular Demokratlar Partiyasının Nümayəndələr Palatasında üstünlüyü ələ keçirmək şansının yüksək olduğunu, Senat uğrunda mübarizənin isə son dərəcə gərgin keçdiyini göstərir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑