Siyasət · Editor.az

Azərbaycan üçün ciddi dəyişiklik… – Paşinyandan anons

Hazırda oxuyur: — Ümumi baxış: 3 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan üçün ciddi dəyişiklik… – Paşinyandan anons xəbəri üçün şəkil

“TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək”. Editor.az Globalinfo-ya istinadla xəbər verir ki…

“TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək”.

Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyasına da şərait yaradacaq.

Paşinyan qeyd edib ki, TRIPP çərçivəsində Bəsrə körfəzi ilə Qara dəniz arasında dəmir yolu bağlantısının yaradılması üçün yeni imkanlar ortaya çıxa bilər:

“Bu, nəqliyyat əlaqələri baxımından əhəmiyyətli hadisə olacaq və Ermənistan, Azərbaycan, Gürcüstan və İran üçün ciddi dəyişikliklərə yol aça bilər”.

Xəbəri paylaş

Bu saytda oxunma: 3

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑