Dünya · Bizim.Media

Trampdan İDDİA: Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan İDDİA: Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək? xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-ın nəzarətinə verməyə razılıq verdiyini düşünür.

Bizim.Media xəbər verir ki, bu barədə Donald Tramp Corciya ştatında keçirilən mitinqdə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Yeri gəlmişkən, Danimarka əla davrandı. Onlar Qrenlandiyanı bizə verdilər”, – deyə o bildirib. Mitinq noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində təşkil olunub.
 

“Bu, daşınmaz əmlak sahəsində tarixin ən böyük sövdələşməsi kimi tarixə düşəcək. Bəlkə də Venesueladan sonra”, – deyə Tramp sentyabr ayında özü, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenin imzaladığı razılaşmadan danışarkən vurğulayıb. Həmin razılaşma Arktikada yerləşən adanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərin Vaşinqtona ötürülməsini nəzərdə tutur.


“Biz onları demək olar ki, havayı əldə etdik”, – deyə Tramp Qrenlandiya və Venesueladan danışarkən əlavə edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑