Mühafizəkar siyasətçilərin və ekspertlərin diqqət mərkəzində olan ABŞ Prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini tərifləməsi və Birləşmiş Ştatların siyasətindəki kəskin dönüşlər müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, "Ukraynanın səmasını bağlayaq" xeyriyyə fondunun təsisçisi, istefada olan general-leytenant İqor Romanenko "24 Kanal"ın efirində bu barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Tramp bu yaxınlarda Rusiyanın tankları palçığa batmasaydı, Kiyevi bir neçə saata tuta biləcəyini iddia edib, Ukraynadan Rusiya neft emalı zavodlarına hücumları dayandırmağı tələb edib və Kreml rəhbəri ilə dizel sazişi bağlayıb.
Romanenkonun fikrincə, Tramp faktiki olaraq Putinin "qarmağındadır".
O bildirib ki, Putinin əlində Trampa qarşı ciddi kompromat ola bilər: “ABŞ-da Konqresə gözlənilən aralıq seçkiləri ərəfəsində respublikaçıların çoxtərəfli üstünlüyü itirmək riski var. Aşağı reytinqə malik Tramp qiymətləri endirmək və partiyasına qələbə qazandırmaq üçün hər vəchlə addımlar atmağa çalışır”.
"The New York Times" yazır ki, Tramp öz siyasi maraqları naminə ukraynalıların həyatını qurban verir və seçki qabağı benzin qiymətlərini salmaq istəyi ilə faktiki olaraq Putinə müharibəni davam etdirməyə kömək edir.
Respublikaçı senator Tom Tillis də Putinin "skripka kimi Trampla oynadığını" və onu Ukraynaya dəstəkdən yayındırdığını vurğulayıb.
Bizim.Media






