Region · Bizim.Media

Rusiyanın Kemerovo vilayətində güclü ZƏLZƏLƏ OLDU

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın Kemerovo vilayətində güclü ZƏLZƏLƏ OLDU xəbəri üçün şəkil

Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru İlya Seredyuk “Max” platformasında məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanlar oktyabrın 10-da Prokopyevsk bələdiyyə dairəsində, Krasnobrodski qəsəbəsi yaxınlığında baş verib.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin məlumatına əsasən, zəlzələ Qrinviç vaxtı ilə saat 00:47-də qeydə alınıb.

Qubernator bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Bütün infrastruktur sistemləri normal rejimdə fəaliyyət göstərir. Zəlzələ zonasındakı müəssisələrin işində hər hansı pozuntu barədə də məlumat daxil olmayıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑