Dünya · Bizim.Media

Rusiya və Ukrayna arasında CƏSƏD mübadiləsi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya və Ukrayna arasında CƏSƏD mübadiləsi xəbəri üçün şəkil

Rusiya və Ukrayna həlak olmuş hərbi qulluqçuların cəsədlərinin növbəti dəfə mübadiləsini həyata keçiriblər.

Bizim.Media xəbər verir ki, prosedur beynəlxalq vasitəçilərin dəstəyi ilə "252-nin 25-ə" düsturu üzrə baş tutub.

Rusiya parlamentinin xüsusi hərbi əməliyyat məsələləri üzrə əlaqələndirmə qrupunun nümayəndəsi Şamsail Saraliyev bildirib ki, Ukrayna tərəfinə 252 həlak olmuş hərbçinin cəsədi təhvil verilib, Rusiya tərəfi isə 25 hərbçisinin cəsədini geri alıb.

Mübadilə proseduruna Qırmızı Xaç Beynəlxalq Komitəsi vasitəçilik edib.

Analoji mübadilə sonuncu dəfə sentyabrın 17-də "Novaya Quta" keçid məntəqəsində keçirilmişdi (o zaman da "252-nin 23-ə" düsturu tətbiq olunmuşdu). Avqustun ortalarında isə Ukraynaya 261, Rusiyaya isə 24 cəsəd təhvil verilmişdi.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑