Dünya · Bizim.Media

Rusiya Ukraynada 3 vilayətin energetika infrastrukturuna hücum etdi - Minlərlə insan işıqsız qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Ukraynada 3 vilayətin energetika infrastrukturuna hücum etdi - Minlərlə insan işıqsız qaldı xəbəri üçün şəkil

Rusiya Silahlı Qüvvələri oktyabrın 18-nə keçən gecə və səhər saatlarında Ukraynanın Odessa, Vinnitsa və Ternopol vilayətlərindəki kritik energetika obyektlərinə zərbələr endirib. 

Bizim.Media xəbər verir ki, hücumlar nəticəsində infrastruktur obyektlərinə ciddi ziyan dəyib və minlərlə abunəçi elektrik enerjisiz qalıb.
 

Ternopol Vilayət Hərbi Administrasiyasının rəhbəri Taras Pastuxun verdiyi məlumata görə, pilotsuz uçuş aparatları Kremenets rayonunun Starı Vişnevets yaşayış məntəqəsində, Kremenets şəhərində və Borsukovdə yerləşən energetika obyektlərinə zərbə endirib.


Odessa vilayətində paylayıcı avadanlıqlar və magistral elektrik şəbəkələri hədəf alınıb. Hücumlar nəticəsində bölgələrin elektrik təchizatında kütləvi kəsintilər yaranıb.

İlk məlumatlara görə, Ternopol vilayətindəki zərbələr zamanı xəsarət alan olmayıb. Aidiyyəti xüsusi xidmət orqanları zərbələrin fəsadlarını aradan qaldırmaq və elektrik təchizatını bərpa etmək üçün ərazilərdə iş aparır.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑